Kateqoriyalar
Sırala
ID 0097018

Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü

Noyabrın 20-də COP29 çərçivəsində COP tarixində ilk dəfə olaraq təşkil edilən “Turizm Günü”ndə Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü keçirilib. Dövlət Turizm Agentliyinin və BMT-nin Turizm Təşkilatının birgə təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə baş tutan tədbirdə 30-a yaxın ölkədən turizm nazirləri, turizm üzrə məsul qurumların yüksək səviyyəli rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə turizm sahəsində iqlim fəaliyyətinin təkmilləşdirilməsi üzrə COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə qlobal təşəbbüs kimi daxil edilmiş “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü” müzakirə edilib. Təşəbbüsün əsas məqsədləri turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə turizmin milli iqlim strategiyaları və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) yenilənməsində rolunun artırılması ilə siyasi yanaşmanın təkmilləşdirilməsini, milli turizm qurumları və təşkilatlarının iqlim fəaliyyətinə daha aktiv formada cəlb olunması ilə iqlim fəaliyyətinin təşviqini, turizmin ətraf mühitə təsirinin dəqiq ölçmə metodlarının tətbiqi ilə həyata keçirilməsi və bununla da elmi əsaslı ölçmələrin aparılmasını, turizmdə səmərəli iqlim təşəbbüsləri üçün qlobal əlaqələndirmə mexanizmlərinin təmin edilməsi ilə tərəfdaşlıqların genişləndirilməsini təmin etməkdir.

Teqlər
Digər fotolar
arrow-up