Kateqoriyalar
Sırala
ID 0097439

Qazax rayonunun Daş Salahlı kəndində yerləşən Alban məbədi

VII əsrə aid olan bu məbəd Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Avey dağ silsiləsinin ən yüksək zirvəsində yerləşir. Dəniz səviyyəsindən 922 metr hündürlükdə olan tarixi məkan “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən mühafizə edilir. Məbəd əvvəllər aya sitayiş etmiş bütpərəstlər tərəfindən inşa edilib və “Ay məbədi” adlandırılıb. Məbəd kompleksi iki tikilidən – birincisi şimal-cənub istiqamətində yerləşən düzbucaq formalı əsas böyük abidə və ikinci kiçik yardımçı tikilidən ibarətdir. Məbədin aşağı hissəsində yerləşən, iç-içə keçərək bir neçə otaqdan ibarət olan mağaralar öz görünüşü və unikallığı ilə fərqlənir. Ölkə əhəmiyyətli memarlıq abidəsi olan məbəd qədim xristian alban əhalisinə xidmət edib.

Digər fotolar
arrow-up