Kateqoriyalar
Sırala
ID 0098402

Krişna məbədində ibadət edən krişnaidlər

Krişna məbədi Bakının Nizami rayonu, Rizvan Teymurov küçəsində yerləşir. Krişna Şüuri Dini İcmanın nümayəndələri ət yemirlər, alkoqol, siqaret, çay və kofe istifadə etməkdən imtina edirlər. Qədim Veda fəlsəfəsi əsasında formalaşan və Vaişnavizm adlanan dini icmanın əsası 1896-1977-ci illərdə yaşamış hindistanlı Prabhupada tərəfindən qoyulub. O, 1965-ci ildə Hindistandan ABŞ-a köçür və bu ideyaları dünyaya yayır, kitablar yazmağa başlayır. Sovet dövründən gizli fəaliyyət göstərən Bakı Krişna Şüuru Dini İcması 1990-cı ildə rəsmi qeydiyyata alınıb. Dini mənsubiyyətindən aslı olmayaraq hər kəs məbədi ziyarət edib, tədbirlərdə iştirak edə bilər.

Digər fotolar
arrow-up