Kateqoriyalar
Sırala
ID 0098444

Müqəddəs Məryəm Ananın Miladi kilsəsində pravoslavların ibadət vaxtı

Həftənin bazar günü pravoslavların xüsusi ibadət günü hesab olunur. Buna görə də pravoslavlar Müqəddəs Məryəm Ananın Miladi kilsəsinə gələrək burada ibadət edir, müxtəlif rəngli şamlar yandırırlar. Kilsə Bakıda Şamil Əzizbəyov küçəsi, 205 ünvanında yerləşir. Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilib. 1897-ci ildə kilsədə yeni qızılı xaç quraşdırılıb. Məbəd Bakı Aleksandr Nevski kilsəsinin tabeliyində olan ibadətgahlardan biri kimi fəaliyyətə başlayıb, sonralar isə müstəqil olub. 1946-cı ildə kilsədə əlavə mehrab quraşdırılıb. Burada həmçinin prixod məktəbi də olub. Kilsədə pravoslav ədəbiyyatı ilə zəngin kitabxana, uşaqlar üçün bazar günü məktəbi, həmçinin xeyrat yeməkxanası fəaliyyət göstərir.

Digər fotolar
arrow-up