Kateqoriyalar
Sırala
ID 0098765

İçərişəhərdə yerləşən XVII əsrin əvvəllərinə aid yeraltı hamam

İnşasında guşə daşlarından istifadə edilən hamam kompleksi İçərişəhər ərazisinin cənub-şərqində yerləşir. XVII əsrin əvvəllərinə aid bu tarix-memarlıq abidəsinin dam səthində gil-əhəng qarışıqlı məhluldan izolyasiya material kimi istifadə edilib, daxili divarlarda isə əhəng materialından suvaq növü kimi işlədilib. Burada daxili divar və döşəmə materialları kimi "gülbax" növlü aqlay daşlardan da istifadə edilib.Təxminən 340 m² sahəni əhatə edən hamam kompleksinin giriş hissəsi cənub-şərq tərəfdən olmaqla, giriş pilləkənləri şərq divarlarına tərəf istiqamətləndirilib. 2015-ci ildə həyata keçirilən qazıntı işləri nəticəsində hamam kompleksinin əsas hissəsi torpaqdan təmizlənərək memarlıq quruluşu təyin olunub. 2016-cı ildə abidənin şərq hissəsində təhlükəli olan otaqların bərkidilməsindən sonra, arxeoloji qazıntı işlərinə başlanılıb. Qazıntılar nəticəsində burada 3 metr dərinliyində tikinti və divar aşkarlanıb.

Digər fotolar
arrow-up