Kateqoriyalar
Sırala
ID 0098816

XX əsrin əvvəllərinə aid "Türkan bağları" məscidi

Məscid Bakının Türkan qəsəbəsinin yaylaq hissəsində yerləşir. İbadət evi 1904-1905-ci illərdə qəsəbə sakini Hacı Molla Seyid Əlinin nəvəsi Kərbəlayi Əbdül Məhəmməd Hacı Məlik Badikubeyi oğlu tərəfindən inşa edilmişdir. Məscid 1937-1940-cı illərdə bolşeviklər tərəfindən sökülmüş və yararsız vəziyyətə salınmış, daha sonra 2008-2011-ci illərdə Məşədi Məhəmməd İbrahim Hacı Məlik Məhəmməd Badikubeyi oğlunun nəvələri Əliyev Hacı İbrahim Adil oğlu və Əliyev Hacı Rafiq Adil oğlu tərəfindən bərpa olunmuşdur. Bundan sonra dini abidə "Türkan bağları" məscidi adıyla fəaliyyət göstərməyə başlamışdır.

Digər fotolar
arrow-up