Kateqoriyalar
Sırala
ID 0099653

Maştağa qəsəbəsində yerləşən Hacı Əziz məscidi

Maştağa qəsəbəsinin Xunxar məhəlləsində yerləşən Hacı Əziz məscidi XIX əsrdə inşa olunub. Yonulmuş sal daşlardan tikilən məscidin divarları içəri tərəfdən suvanıb və ağardılıb. Əsas giriş qapısı dəmirdən olan məscidin mehrabı üzərində iki daş kitabə var. Kitabələrin birində hicri-qəməri təqvimi ilə 1329-cu il (XIX əsr) göstərilib. Məscidin giriş qapısının üstündəki sərlövhədə "Hacı Əziz məscidi. XIX əsr. Bu mədəniyyət abidəsi dövlət tərəfindən qorunur." sözləri yazılıb. Məscid binası Sovet dövründə sex kimi fəaliyyət göstərib.

Digər fotolar
arrow-up