Bakının Türkan qəsəbəsində yerləşən bu ərazi böyük bir zibilliyə çevrilib. Burada təkər, içki şüşəsi, plastik qablar, köhnə uşaq oyuncaqları, bir sözlə istənilən növ tullantıya rast gəlmək mümkündür.