Kateqoriyalar
Sırala
ID 0100659

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çap prosesi ilə tanışlıq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkisi ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiya üzvləri və Katibliyin təmsilçiləri ilə birlikdə mətbəədə çap prosesinin gedişi və yaradılmış şəraitlə yerində tanış olub. Seçki bülletenlərinin çapı prosesi ilə tanışlıqdan sonra Mərkəzi Seçki Komissiyası sədrinin jurnalistlər üçün brifinqi keçirilib. Brifinqdə bildirilib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilib və bələdiyyə seçkisi ilə əlaqədar 6 052 721 seçki bülleteninin çap olunmasına qərar verilib.

Digər fotolar
arrow-up