Kateqoriyalar
Sırala
ID 0100893

Qobustanda yerləşən Nərimankənd mağaraları

Mərəzə qəsəbəsinin tərkib hissəsi olan Nərimankənd kəndində yerləşən bu mağaralar öz füsunkar görkəmi ilə diqqət çəkir. Heyrətamiz qayalar üzərində yerləşən mağaralar iç-içə oyma otaqlardan ibarətdir. "Peyğəmbər mağarası" kimi də adlandırılan mağarada bir–birinə keçid olmaqla dörd otağa rast gəlinir. Mağaraların ümumi və ayrı-ayrı giriş qapıları var. Yerli sakinlərin sözlərinə görə, burada qədim insanların məskəni olub. Lakin bəzi alimlərin fikrincə, Peyğəmbər mağarası orta əsrlərə gedib çıxır və bura dərvişlərin məskəni olub.

Digər fotolar
arrow-up