Kateqoriyalar
Sırala
ID 0102567

Azərbaycanda keçirilən bələdiyyə seçkiləri

Yanvarın 29-u səhər saat 8:00-da Azərbaycanda bələdiyyə seçkiləri başlayıb. Hazırda 7 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində seçki prosesi davam edir. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. Seçkilərdə 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. Səsvermə saat 19:00-a qədər davam edəcək.

Digər fotolar
arrow-up