Kateqoriyalar
Sırala
ID 0103547

İçərişəhərdə yerləşən XV əsrə aid Şirvanşahlar sarayı

Saray həyətinin cənubunda, sarayın yaxınlığında XV əsrin ikinci yarısında tikilən və "Dərviş türbəsi" də adlandırılılan Seyid Yəhya türbəsi yerləşir. Burada I Xəlilullahın saray alimi olan və tibb, riyaziyyat və astrologiya ilə məşğul olan Seyid Yəhya Bakuvinin qəbri yerləşir. Türbənin korpusu səkkizbucaqlıdır, üst hissəsi isə piramid şəklindədir. Türbənin daxili dekorasiyası yeraltı sərdabədən ibarətdir. Burada Bakuvinin qəbri və onun üzərində də kamera yerləşir. Türbənin divarlarında üç kiçik pəncərə var. Bu pəncərələrdə çoxlu ulduzşəkilli oyuqlardan ibarət daş şəbəkələr vardır.

Digər fotolar
arrow-up