Kateqoriyalar
Sırala
ID 0105469

ADSEA-nın tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin mətbuat konfransı

Martın 5-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat konfransı keçirilib. Konfransda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti  Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov, həmçinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr şöbəsinin müdiri Rafiq Verdiyev iştirak edib. Konfrans çərçivəsində bildirilib ki, Azərbaycanda su məsələləri ilə bağlı səlahiyyətlərin ötürülməsi prosesi davam edir və Agentlik bununla bağlı normativ-hüquqi aktlarda dəyişikliklər üçün paket layihələr hazırlayıb. Bununla yanaşı bildirilib ki, Azərbaycanda sudan istifadə tariflərinin diferensiallaşdırılması ilə bağlı qanun layihəsi hazırlanıb.

Digər fotolar
icon
arrow-up