Kateqoriyalar
Sırala
ID 0107769

Xəzərin sahilində bir əsrlik istirahət məkanı - Bakı Bulvarı

Bakı bulvarının əsası 116 il əvvəl - 1909-cu il aprelin 7-də qoyulub. Bu zaman bulvarın salınması bilavasitə dənizkənarı sahilin nizamlanması ilə bağlı məsələ idi. Bu ərazidə tikinti işlərinin başlanması XIX əsrin ikinci yarısında da aparılsa da, Bakı Şəhər Dumasının iclasında Dənizkənarı Bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəsi 1909-cu ildə baş tutmuşdur. Bakı bulvarı ilkin olaraq indiki Azneft meydanından Dövlət Kukla Teatrına qədər olan ərazini əhatə etmiş, onun ərazisi mərhələli şəkildə genişləndirilmişdir. 1960–70-ci illərdə bulvar ərazisi sürətlə inkişaf etməyə başlamışdır. 1998-ci il 29 dekabr tarixində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı bulvarına “Milli Park” statusu verilmişdir. Son 20 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqəti sayəsində Dənizkənarı Milli Park həm şərq, həm də qərb istiqamətində genişləndirilmiş, 2012-ci ildə Yeni bulvar, 2015-ci ildə isə Ağ Şəhər bulvarı və Bayıl bulvarı istifadəyə verilmişdir. Dənizkənarı Milli Parkın ümumi sahəsi 215,164 hektara, uzunluğu isə 16,7 kilometrə çatdırılmışdır. Bununla yanaşı, Bakı bulvarının tarixi və estetik görkəminin qorunub saxlanması daim diqqətdə saxlanılmış, 2018-ci ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bərpa olunan “Qu quşları” fəvvarələr kompleksi yenidən Bakı bulvarının əsas simvollarından birinə çevrilmişdir.

Digər fotolar
arrow-up