“Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda beynəlxalq konfrans
Qarabağ Universitetində “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda iki günlük beynəlxalq konfrans işə başlayıb. Qarabağ Universiteti Klinikasının təşkilatçılığı ilə keçirilən konfransda bir sıra xarici ölkənin universitet rektorları, eləcə də tibb sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislər iştirak edirlər. Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov bu cür tədbirlərin innovativ yanaşmaların müzakirəsi üçün mühüm platforma olduğunu bildirib. Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev qeyd edib ki, konfransın əsas hədəfi “Tibb və tibb bacısı” proqramlarının tədris modelini, kompetensiya çərçivələrini və idarəetmə strukturlarını müəyyənləşdirməkdir. Konfrans müxtəlif mövzular ətrafında panel müzakirələr, çıxışlar, qrup işləri və təqdimatlar əsasında davam edəcək.
