"Miniboss" biznes məktəbinin 5-ci Startap Forumu
Bakıda biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 5-ci Startap Forumu keçirilir. Təşkilatçısı "Miniboss" Biznes Məktəbi olan bu tədbir artıq ölkəmizdə sahibkarlıq sahəsində yeni bir ənənəyə çevrilib. Bu il Forumda 22 komanda iki istiqamət üzrə - SIFE (Startups in Innovative Free Entrepreneurship) və SAGE (Startups for the Advancement of a Global Environment) kateqoriyalarında biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş etdirirlər. Qeyd edək ki, SIFE - sərbəst sahibkarlıq üzrə yaradılan startaplardır, SAGE isə qlobal ətraf mühitin inkişafına yönəlmiş layihələrdir. "Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən, 27 ölkədə 70-dən çox filialı olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan "MINIBOSS BUSINESS SCHOOL" hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında STARTUP Forum, Milli və Dünya çempionatları təşkil edir. Bu il "MINIBOSS BUSINESS SCHOOL" brendi 25 illik yubileyini qeyd edir və bununla əlaqədar olaraq Dünya Çempionatı 7-15 iyul tarixlərində Maldiv adalarında keçiriləcək.
