Cəfər Cabbarlı küçəsində güclü külək səbəbindən aşan ağac
Bakı ərazisində əsən güclü külək səbəbindən ağac aşıb. Hadisə Yasamal rayonu ərazisində, metronun “Nizami” stansiyası yaxınlığında, Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Ağacın aşması nəticəsində xəsarət alan olmasa da, avtomobillərin hərəkətində çətinlik yaranıb. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağac, budaq qırıqlarının toplanılmasına cəlb edilib.
Digər fotolar
