Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əlverişsiz hava şəraiti ilə bağlı keçirdiyi brifinq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əlverişsiz hava şəraiti ilə bağlı brifinq keçirib. Brifinqdə Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova iştirak edib. O qeyd edib ki, hazırda yağıntıların davam etdiyini nəzərə alsaq, yağıntıların miqdarının artacağı gözləniləndir. Gülnarə Abbasovanın sözlərinə görə, son dəfə 1966-cı ildə bu həddə yağıntı qeydə alınıb. Bakıda və Abşeron yarımadasına 15 saat ərzində 57 mm yağıntı düşüb. O, digər ölkələrdə də analoji hava şəraitinin tez-tez müşahidə edildiyini vurğulayıb. Gülnarə Abbasova bildirib ki, iqlim dəyişmələrini nəzərə alsaq, bu cür gözlənilməz yağıntı hallarının olması normaldır. Tək Azərbaycanda deyil, digər ölkələrdə də bu cür hadisələr tez-tez müşahidə olunur. Buna nümunə olaraq Rusiyanın cənubunu, Türkiyə və İspaniya kimi ölkələri də misal çəkə bilərik.
