Kateqoriyalar
Sırala
ID 0108582

Azərbaycanlı alim Kamal Soltanov

Azərbaycanlı fizika-riyaziyyat elmləri doktoru, professor Kamal Soltanov 2024-cü ilin dekabr ayında riyaziyyat sahəsində əlamətdar bir uğura imza atıb. O, uzun illərdir alimləri düşündürən və hələ də tam həll olunmamış "Navye-Stoks bərabərliyi"i ilə bağlı mühüm irəliləyiş əldə edib. Bu tənliklər maye və qazların hərəkətini təsvir edən mühüm diferensial tənliklər sistemidir və onların tam həlli riyaziyyat və fizika sahəsində ən çətin problemlərdən biri hesab olunur. Kamal Soltanovun bu sahədəki nailiyyəti Azərbaycan və Türk dünyasında böyük diqqətə səbəb olub və onu elmi ictimaiyyətin diqqət mərkəzinə gətirib. Qeyd edək ki, Kamal Soltanov 1966-1971-ci illərdə BDU-da ali təhsilini başa vurduqdan sonra AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləyib. Türkiyənin Hacettepe, İğdır Universitetlərində də çalışımış alim, 120-dən çox elmi məqalənin müəllifidir.

Digər fotolar
arrow-up