Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ Universiteti ilə tanışlığı
Aprelin 18-də Xankəndiyə səfər edən Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Qarabağ Universitetində olublar. Qonaqlar universitetdə yaradılan şəraitlə tanış olublar. Təhsil müəssisəsinin rektoru Şahin Bayramov diplomatlara universitet barəsində məlumat verib. Rektor bildirib ki, hazırda qısamüddətli təhsil proqramlarının hazırlanması və təqdim olunması üzərində işlər gedir. Universitetə səfər edənlər içərisində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmilər də olublar.
