Pirallahı rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi
Aprelin 18-də baş prokuror Kamran Əliyevin iştirakı ilə Pirallahı Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib. Tədbirdə Baş Prokurorluğun rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin inzibati binada yerləşən büstünün önünə gül dəstələri qoyulub, Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad olunub. Açılış mərasimində baş prokuror Kamran Əliyev çıxış edib. O bildirib ki, prokurorluq orqanlarında maddi-texniki bazanın gücləndirilməsi və əməkdaşlar üçün hərtərəfli şəraitin yaradılması dövlətin hüquq-mühafizə sisteminə verdiyi önəmin təzahürüdür. Sonra iştirakçılar yeni inzibati binada yaradılan müasir iş şəraiti, vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş rahat və funksional infrastrukturla tanış olublar.
