Kateqoriyalar
Sırala
ID 0109001

“Türk barometri 2024 – türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans

Aprelin 21-də “Türk barometri 2024 – türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının deputatı Zahid Oruc tərəfindən Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif olunub. Konfrans çərçivəsində Türk Akademiyasının prezidenti Şahin Mustafayev bildirib ki, Beynəlxalq Türk Akademiyasının həyata keçirdiyi "Türk barometri" layihəsi ictimai rəyin öyrənilməsi üçün əhəmiyyətli mövzuları əhatə edir. Dünyanın bir çox bölgələrində müvafiq adlarla belə layihələr fəaliyyət göstərir. Bu araşdırma türk dövlətlərində milli kimlik, sosial həmrəylik və etimad mühitinin formalaşması baxımından vacibdir.

Teqlər
#00
Digər fotolar
icon
arrow-up