Nəsimi rayonunda anbarda baş verən güclü yanğın
Bakının Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində güclü yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğının şiddətlənməsinə səbəb alova həssas kompüter avadanlıqlarının yanması olub. Yanğın baş verən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin 14 yanğınsöndürən texnikası və 61 şəxsi heyət cəlb olunub. Nəticədə yanğın söndürülüb.
Digər fotolar
