Kateqoriyalar
Sırala
ID 0109104

TDT ölkələrinin kosmik agentliklərinin 4-cü görüşü

Aprelin 23-də Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilib. Kosmik Texnologiyalar Konfransı (STC2025) çərçivəsində baş tutan görüşdə bildirilib ki, Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə hazırladığı kub peyk gələcəkdə Türk Dövlətləri Təşkilatının (TDT) digər üzv və müşahidəçi dövlətlərində maraq yarada bilər. Görüş türk dövlətləri arasında kosmik sahədə müştərək layihələri dəstəkləmək, qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, regional innovasiya və elmi-texniki tərəfdaşlığı təşviq etmək məqsədi daşıyır. Əməkdaşlığın mərkəzində ortaq texnologiyaların yaradılması, insan kapitalına yatırımlar və kosmosun dinc məqsədlərlə istifadəsi dayanır.

Digər fotolar
arrow-up