Ceyhun Bayramov və Kaya Kallasın birgə mətbuat konfransı
Aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın birgə mətbuat konfransı keçirilib. Konfrans çərçivəsində Ceyhun Bayramov bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsası 1999-cu ildə qoyulub. 2016-cı ildə verilən mandata əsasən, 2017-ci ildən yeni hərtərəfli saziş əsasında danışıqlara başlanılıb. Nazirin sözlərinə görə, son illər bu məsələdə durğunluq müşahidə olunurdu, amma indi sazişdən irəli gələn öhdəlikləri intensivləşdirmək üçün qarşılıqlı razılaşma əldə edildi.
Digər fotolar
