Mərkəzi Parkda baxımsız vəziyyətə düşən yeraltı keçid
Bakının Yasamal rayonunda yerləşən Mərkəzi Parkın birinci hissəsindəki yeraltı keçid baxımsız vəziyyətə düşüb. Hazırda keçidin divar və tavan hissələrində ciddi qopmalar və çatlar müşahidə olunur. Bəzi yerlərdə divar üzlüyündəki kafellər tamamilə sökülüb və bu hissələr müvəqqəti olaraq kağız və skoçla yamaqlanıb. Bu vəziyyət estetik görüntünü pozduğu ilə yanaşı, keçiddən istifadə edən vətəndaşlar üçün də təhlükəli vəziyyət yaradır. Ərazidə təmir işlərinə ehtiyac olduğu açıq-aşkardır və aidiyyəti qurumların məsələyə diqqət yetirməsi artıq zəruri hal alıb.
Digər fotolar
