Kateqoriyalar
Sırala
ID 0109918

"Nine Senses Fest 2025"in açılış mərasimi

Mayın 2-də "Nine Senses Fest 2025"in 19:00-da "The Club Port Bakuda"da keçirilən açılış mərasimi festival iştirakçılarını, sənətçiləri və dəvətliləri bir araya gətirərək rəmzi olaraq daxili oyanışa start verib. Festival Heydər Əliyev Fondunun vitse-prezidenti və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilir və bu il də "Ənənədən-hərəkətə" şüarı ilə qədim bilikləri müasir yanaşmalarla birləşdirərək davam edir. Vibrosoundlab tərəfindən təqdim olunan immersiv səs terapiyası seansı ilə dərin və transformasiyaedici bir atmosfer yaradılıb. Festival çərçivəsində Bharat Thakur, Sudhakar Dass və Perukua kimi dünya miqyaslı ustalar öz təcrübələrini paylaşacaqlar. Festivalın əsas sponsoru "Azersun Holdinq"dir. Fəstival çərçivəsində "Sea Breeze Event Hall"da Azərbaycan Tekstil Assosiasiyasının və Shoppingaz.az platformasının təşkilatçılığı ilə keçirilən "Made in Azerbaijan" yarmarkasında 200-dən çox yerli brend öz məhsullarını təqdim edir.

 Tədbir: Oxu.az

Teqlər
Digər fotolar
arrow-up