"Nine Senses Fest 2025" festivalının ikinci günü
"Nine Senses Fest 2025" festivalı ikinci günündə yüzlərlə iştirakçı özünü tanıma, sağlamlıq və mənəvi zənginlik yolunda bir araya gəlib. Festival ərəfəsində müxtəlif yoqa və meditasiya sessiyaları keçirilib. Sessiyalara Bharat Thakur, Sudhakar Dass və Lev İvanov kimi dünyamiqyaslı ustalar rəhbərlik ediblər. Festival iştirakçıları qədim Çin və Qarabağ xalq təbabəti ilə tanış olublar. Festival ərəfəsində keçirilən "Made in Azerbaijan" yarmarkasında isə 200-dən çox yerli brend öz məhsullarını təqdim edib. Qeyd edək ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ikinci dəfə keçirilir və "Ənənədən-hərəkətə" şüarı altında qədim bilikləri müasir yanaşmalarla birləşdirir.
Tədbir: Oxu.az
