Kateqoriyalar
Sırala
ID 0110007

"Küləyə qalib gəl" şüarı ilə keçirilən "Bakı Marafonu 2025"

Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2025" təşkil edilir. "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçib. Ölkəmizdə artıq 8-ci dəfədir təşkil olunan "Bakı Marafonu"na tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar qoşulublar. Ümumilikdə, marafonun 200-dən çox rəsmi və fəxri iştirakçısı olub. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələr - Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukraynadan və digərlərindən qoşulanlar olub. Yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar da iştirak edirlər. 2016-cı ildən təşkil edilən "Bakı Marafonu" idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edir: Marafonun marşrutu boyu şəhərin müxtəlif ünvanlarında da əyləncə zonaları təşkil edilib.

Digər fotolar
arrow-up