Fərqli materiallardan qeyri-adi rəsmlər ərsəyə gətirən Ülkər Məmmədova
Uşaqlıqdan sənətə və rəsmə marağı olan Ülkər Məmmədova artıq 6 ildir ki rəssamlıqla məşğuldur. O bildirir ki, əsərləri sadəcə yağlı boya, akril boya və kətandan ibarət deyil. O əsərlərində müxtəlif güzgü elementləri, teksturalar, gips və təbii daşlardan istifadə edir. Daha çox yuvelir əsərlər işləyən Ülkər Məmmədovanın sözlərinə görə, güzgülər ilə işlənmiş yuvelir sənəti müasir yaradıcılıq növü olmaqla, özündə rəngkarlıq, vitraj, qətran sənəti və digər sənət texnikalarını birləşdirir. Bu da əsərlərə daha qeyri-adi görkəm verir.
Digər fotolar
