Kateqoriyalar
Sırala
ID 0110328

Mətanət İsgəndərlinin “Gəl qayıdaq o illərə" adlı solo konserti

Mayın 5-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Əməkdar artisti, müğənni Mətanət İsgəndərlinin “Gəl qayıdaq o illərə" adlı solo konserti keçirilib. Müxtəlif musiqi ifaları ilə davam edən konsert Mətanət İsgəndərli pərəstişkarlarının böyük marağına səbəb olub. Konsertdə Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov da çıxış edib. O, tədbir zamanı səhnəyə çıxaraq öz məşhur əsərlərindən birini canlı ifa edib və konsertə xüsusi bədii ovqat qatıb.

Digər fotolar
arrow-up