Kateqoriyalar
Sırala
ID 0111195

Hökməli qəsəbəsində yerləşən Seyid İmran ağa ziyarətgahı

İnşa tarixi XX əsrə aid edilən Seyid İmran ağa ziyarətgahı Bakının Hökməli qəsəbəsində yerləşir. Burada 1860-1918-ci illərdə yaşamış kənd sakini Seyid İmran dəfn olunub. Hökməli əhalisi onun məzarının üzərində böyük bir türbə inşa etdirib. Burada həmçinin Seyid İmranın yoldaşı Seyid Xeyrənsə və qızı Seyid Surad da dəfn olunub. Deyilənə görə, İmran ağa elm sahibi və irfan əhlindən olub. Qəsəbə sakinləri arasında bura “Miran” adı ilə də tanınır. Rəvayətə görə, qədimdə pirin ətrafında çoxlu ilanlar olub. Onlar gün ərzində üç dəfə türbənin ətrafına dolaşıblar, lakin buranı ziyarət edənlərə toxunmayıblar. Kənd sakinləri bunu pirin müqəddəsliyi ilə əlaqələndirirlər. Pirin giriş qapısının üstündə “Kəlimeyi-təyyubə” həkk olunub. Ziyarətgahın 3 metr hündürlüyündə bir günbəzi var.

Digər fotolar
arrow-up