Kateqoriyalar
Sırala
ID 0111665

"Rahat Gourmet" marketin növbəti filialının açılışı

"Rahat Gourmet" marketin "Crescent Mall"dan sonra növbəti filialı fəaliyyətə başlayıb. Müştəri məmnuniyyəti üçün 200-dən çox avtomobil tutumlu ödənişsiz parkinqə malik filial bu dəfə yeni və tam fərqli formatda 20 mindən çox məhsul çeşidi ilə müştərilərin yolunu gözləyir. Xüsusi tərtibatda hazırlanan yeni qurme market, həmişəki kimi, ən son texnoloji avadanlıqlarla təchiz olunub. Bundan əlavə, "Rahat Gourmet" marketin daxilində dünyanın məşhur restoran brendlərindən "McDonald"s", "KFC" və "Tasty Place To Meet" restoranı yerləşir. Açılışa özəl olaraq yüzlərlə məhsula superendirimlər tətbiq edilib. Əlavə olaraq, marketin daxilində məşhur musiqiçilərdən könüloxşayan ifalar müştəriləri feyzyab edib. Fəaliyyətin ilk günündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və "Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi"nin sədri Samir Abdullayev mağazanı ziyarət ediblər. Görüş zamanı riteyl sahəsinin inkişafı ilə bağlı fikir mübadiləsi də aparılıb. Yeni "Rahat Gourmet" market Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, Mərdəkan şosesi, "GALA shopping village"in yanında yerləşir.

Reportaj: Oxu.az

Digər fotolar
arrow-up