6 saylı cəzaçəkmə müəssisəsində icra olunan əfv sərəncamı
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində icra olunub. Bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə altı nəfərə şamil olunub. Əfv sərəncamı şamil olunan şəxslərə arayışları millət vəkilləri, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin rəis müavini, general-mayor Orxan Qasımov, Ədliyyə Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ləman Hüseynzadə, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər ictimaiyyət nümayəndələri təqdim edib.
Digər fotolar
