Cəlilabad rayonunda çiyələk yığımı
Cəlilabad rayonu Azərbaycanda çiyələk istehsalı sahəsində aparıcı bölgələrdən biridir. Son illərdə bu sahədə əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artması müşahidə olunur. Çiyələk məhsulu əsasən təzə halda ixrac olunur. Məhsulun erkən yetişməsi (aprel-may aylarında) Azərbaycan çiyələyinə beynəlxalq bazarlarda üstünlük qazandırır. Toplanan çiyələyin böyük hissəsi xarici bazarlara, əsasən Rusiya və ərəb ölkələrinə ixrac olunur. 2025-ci ildə Cəlilabad rayonunda 632 hektar sahədə çiyələk əkilib ki, bu da əvvəlki illə müqayisədə artım deməkdir. Əvvəlki il bu rəqəm 607 olmuşdur. Çiyələk istehsalı ilə 700-dən çox fermer məşğul olur. Bunula yanaşı, mövsümi yığım dövründə minlərlə kənd sakini üçün iş imkanı yaranır. Həmçinin, 2022-ci ildən Cəlilabadda "Çiyələk Festivalı" keçirilir. Festival çərçivəsində fermerlər məhsullarını təqdim edir, kulinariya nümunələri, canlı musiqi və xalq sənətləri sərgilənir və yerli turizmin inkişafına dəstək verilir.
