UFC iştirakçılarının Bakıda baş tutan mətbuat konfransı
İyunun 18-də Bakıda keçiriləcək Mütləq Döyüş Çempionatı (UFC) iştirakçılarının mətbuat konfransı baş tutub. Mətbuat konfransında braziliyalı idmançı Nikolas Motta, rusiyalı MMA döyüşçüsü Rizvan Kuniev, ABŞ-dən olan idmançı Xalil Ruantri, avstriyalı MMA döyüşçüsü Boqdan Qrad, Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev, çilili MMA döyüşçüsü İqnasio Bahamondes, azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov, Qırğızıstandan olan MMA döyüşçüsü Mıktıbek Orolbai, ABŞ-dən olan MMA döyüşçüsü Kurtis Blaydes, Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev, ABŞ-dən olan MMA döyüşçüsü Camal Hill, tacikistanlı MMA döyüşçüsü Məhəmməd Nayimov iştirak ediblər. Onlar Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı ilkin təəssüratlarını bölüşüblər.
Digər fotolar
