Kateqoriyalar
Sırala
ID 0012023

Hövsan-Zığ yolunda yerləşən “Duzlu göl”

Sağlamlığının qeydinə qalanların ən çox üz tutduğu məkanlardan biri xalq arasında “duzlu göl” adlandırılan su hövzələri və gölməçələrdir. Hövsan-Zığ yolunda yerləşən “Duzlu göl”ün suyu duzlu və yodla zəngin olduğundan dəri xəstəliyindən əziyyət çəkənlər buraya gəlirlər. Gölün müəyyən bir hissəsində çıxarılan palçığı bədənlərinə sürtən vətəndaşlar bu yolla şəfa tapacaqlarını düşünürlər. Bəs duzlu göllər həqiqətən də faydalıdırmı? Həmin göllərdə müalicəvi əhəmiyyətə malik olan lil palçığı mövcuddur ki, bu da mikrob və bakteriyaları öldürür. Dəri səthinə çəkilmiş palçıq müəyyən vaxtdan sonra quruyur, bu zaman dərinin altına yığılıb qalmış lazımsız maddələr palçıq vasitəsilə sorulur. Müəyyən müddət sonra ekzema səpgiləri, qaşınma, akne və dəri ləkələri kimi problemlər aradan qalxır. İllərdir Bakı sakinləri duzlu gölə məhz bu məqsədlərlə üz tuturlar. Deyilənə görə, vaxtilə buraya müalicə üçün Rusiyadan da turistlər gəlirmiş.

Digər fotolar
arrow-up