Kateqoriyalar
Sırala
ID 0012200

Daşkəsəndə yerləşən “Çovdar” və “Ağyoxuş” qızıl yatağı

Daşkəsən Azərbaycanın ən zəngin qızıl yataqlarının yerləşdiyi bölgədir. Burada qızılın çıxarılması prosesində müasir texnologiyalar və ənənəvi üsullar birlikdə tətbiq olunur. Daşkəsən rayonunun şimal hissəsində eyniadlı kəndin yaxınlığında yerləşən “Çovdar” qızıl yatağı “AzerGold” QSC-nin ilk mədən layihəsidir. Yataqda hasilat işlərinə 2017-ci ildə başlanılıb. "Çovdar" qızıl yatağından 14 km şimal-şərqdə yerləşən "Ağyoxuş" yatağının ərazisi nisbətən kiçik olsa da, səmərəsi böyükdür. Bu yataq əsaslı əlavə xərc sərf edilmədən istismar edilir. Burada filizlər partlayış nəticəsində əldə olunaraq emal prosesinə cəlb olunur. Daşkəsəndə hasil olunan qızıl müxtəlif ölçülərdə sikkələr halında satışa çıxarılır.

Digər fotolar
arrow-up