Kateqoriyalar
Sırala
ID 0015463

Qubadlının Şurnuxu kəndi

1593-cü ildə Osmanlıların tərtib etdiyi müfəssəl dəftərdə Urud livası Muğancıq nahiyəsində qeydə alınan bu kəndin adı "Şornoxud"dur. Kənd Gorus rayon mərkəzindən 17 km. cənub-şərqdə, Şurnuxu çayının sol sahilində, meşənin içərisində, Qafan-Gorus magistral yolunun sağ tərəfində, Ağbulaq, Şamsız, Şahverdilər və Çayzəmi kəndlərinin yaxınlığında yerləşir. Kənddə 1831-ci ildə 84 nəfər, 1904-cü ildə 117 nəfər, 1914-cü ildə 104 nəfər azərbaycanlı yaşayıb. 

4 yanvar 2021-ci ildə Şurnux kəndinin Azərbaycan sərhədlərinə düşən hissəsində (12 evlik ərazidə) Azərbaycan bayrağı sancıldı və həmin hissə Qubadlı rayonunun tərkibinə salındı.

Digər fotolar
arrow-up