Kateqoriyalar
Sırala
ID 0017698

Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Tuba Şahi məscidi

Məscid onun inşasını sifariş etmiş Tuba Şahi xanımın adını daşıyır. Tikili üzərindəki kitabədən onun inşa tarixinin 1481-1482-ci illər olduğu bəlli olur. Məscidin divarına hörülmüş ikinci kitabə məscidin özündən daha qədim tarixə malikdir və ehtimal ki, kəndin köhnə məscid binasına məxsusdur. Kitabədə məscidin inşasının hicri 774-cü ildə (miladi 1372) hacı Bəhaəddin tərəfindən sifarişi verilməsi qeyd edilib. 

Digər fotolar
arrow-up