Kateqoriyalar
Sırala
ID 0020623

Moskvadakı “Tank biatlonu”nda ustalıq nümayiş etdirən Azərbaycan hərbçiləri

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsi tankçılarımızın iştirakı ilə 13 avqust tarixindən start götürüb. Tankçılarımız 19 avqust tarixində Monqolustandan olan komanda ilə mübarizə apararaq hədəfləri sərrast atəşlə məhv ediblər, marşrut üzrə müəyyən edilmiş məsafəni uğurla qət ediblər. Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər. “Tank biatlonu” müsabiqəsi avqustun 27-dək davam edəcək.

Reportaj: Oxu.az

Digər fotolar
arrow-up