Kateqoriyalar
Sırala
ID 0022450

8 saylı Təcili Tibbi Yardım bölməsi

Ümumdünya İlk Tibbi Yardım gününün yaranması 1881-ci illə təsadüf edir. 1881-ci il dekabrın 8-də Vyana şəhərində teatrda baş verən güclü yanğın zamanı həlak olan və yaralananların sayı çox olduğundan tibbi yardım göstərilməsində problemlər yaranır. Beləcə ilk dəfə Vyana da müstəqil Təcili Tibbi Yardım xidmətinin yaradılması qərara alınır. Daha sonra Berlin və Londonda da Təcili Tibbi Yardım briqadaları müstəqil fəaliyyət göstərməyə başlayır. Azərbaycan da isə ilk təcili yardım xidməti Nobel qardaşlarına məxsus neft buruqlarında işləyən fəhlələrə tibbi yardım göstərmək üçün yaradılıb. Bu briqadalar at arabaları və karetalarla fəaliyyət göstəriblər. Azərbaycan Cümhuriyyət Hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olub və Səhiyyə Nazirliyinin qərarı ilə də təcili tibbi yardım xidməti təşkil edilib.

Digər fotolar
arrow-up