#təcili tibbi yardım
Təcili tibbi yardım
Təcili tibbi yardım insanın həyatı və ya sağlamlığı üçün qəfil yaranan təhlükə zamanı xəstəxanaya qədərki mərhələdə göstərilən tibbi xidmətdir. İcbari Tibbi Sığorta çərçivəsində təcili tibbi yardım xidmətləri bütün vətəndaşlar üçün tamamilə ödənişsizdir.103 xəttinə zəng daxil olduğu andan briqadanın ünvana çatmasına qədər olan addimlar bu formada nizamlanır:Zəng qəbulu. Operator xəstənin vəziyyətini öyrənmək üçün suallar verir. Çağırışın təhlükə olma dərəcəsi sistemdə qeyd edilir. Daha sonra briqadanın ünvana yönəldilməsi mərhələsi. Hadisə yerinə ən yaxın məsafədə olan təcili yardım avtomobili birbaşa ünvana göndərilir.Hadisə yerində baxış və hospitalizasiya. Həkim briqadası xəstəyə ilkin yardımı göstərir və həyati təhlükəni aradan qaldırır. Ehtiyac olduqda xəstə ən yaxın xəstəxananın reanimasiya və ya təcili yardım şöbəsinə çatdırılır.Əgər şəxs qəfil huşunu itiribsə, nəfəs almırsa və ya ürəyi dayanıbsa, dərhal 103 xidmətinə zəng edib və operatorun təlimatı ilə həkim briqadası gələnə qədər ürək-ağciyər masajına başlamaq lazımdır. Döş qəfəsinin tam ortasına təqribi dəqiqədə 100-120 dəfə, basqı tətbiq etmək lazımdır. Hər 30 basqıdan sonra 2 süni nəfəs vermək lazımdır. Bir çox insan hansı hallarda 103 xidmətinə müraciət etməli olduğunu tam fərqləndirə bilmir. Tibbi briqadanın təcili çağırılması üçün əsas göstəricilər bunlardır: Döş qəfəsində qəfil yaranan şiddətli ağrı, sıxılma və nəfəs darlığı;
Bədənin bir tərəfində qəfil yaranan keyləşmə, nitqin və ya müvazinətin itməsi; Güclü qanaxmalar, ağır travmalar və hündürlükdən yıxılma halları; Uşaqlarda və böyüklərdə qıcolmalar, kəskin boğulma tutmaları; Yüksək dərəcəli yanıqlar, kimyəvi və ya dəm qazından zəhərlənmələr.İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olan təcili yardım xidmətləri çərçivəsində vətəndaşlara yalnız hadisə yerində yardım yox, həm də xəstəxanaya çatdırılma zamanı zəruri olan bütün dərman və tibbi sərfiyyat materialları pulsuz təqdim olunur. Xəstəxanaya yerləşdirildikdən sonra təcili vəziyyətlə bağlı aparılan bütün laborator və instrumental müayinələr, eləcə də təxirəsalınmaz cərrahi əməliyyatlar sığorta hesabına həyata keçirilir.