Kateqoriyalar
Sırala
ID 0036664

Şirvanşah I İbrahim Xəlilullahın Nardaranda tikdirdiyi Xan bağı köşkü

Şirvanşahların yay iqamətgahı olaraq tanınan Xan bağı köşkü XV əsrdə Şirvanşah I İbrahim Xəlilullahın sifarişi ilə Abşeronun səfalı bir yerində - Bakının Nardaran kəndində inşa olunub. Dənizdən 2 kilometr məsafədə yerləşən tikili Şirvan-Abşeron memarlıq məktəbi üslubundadır. Yazılı mənbələrdə köşkün kompleks halında tikildiyi, onu əhatə edən üzümlüklər içərisində bir neçə kiçik köməkçi xidmət otağının, hovuz və iki su quyusunun olduğundan xəbər verilir. Ölkə əhəmiyyətli memarlıq abidəsi olan tikili 1961-ci ildə və 2003-cü ildə bərpa olunub. Abidədə təmizləmə, dam örtüyünün və şəbəkələrin sınmış hissələrinin bərpası, ətraf ərazinin abadlaşdırılması işləri aparılıb. Kompleksin bəzi tikililəri dövrümüzə qədər gəlib çatmasa da, abidə Şirvanşahların nadir memarlıq nümunələrindən biri kimi qorunub saxlanılır.

Digər fotolar
arrow-up