Kateqoriyalar
Sırala

#xan bağı köşkü

Xan bağı köşkü

Xan Bağı Köşkü Şirvanşahlar dövlətinin nadir memarlıq nümunələrindən biri olmaqla, XV əsrdə hökmdar Şirvanşah I İbrahim Xəlilullahın sifarişi ilə inşa edilmişdir. Abşeronun səfalı guşələrindən biri olan Bakının Nardaran kəndində, dənizdən təxminən 2 kilometr məsafədə yerləşən bu tikili Şirvan-Abşeron memarlıq məktəbi üslubunda tikilmişdir. Köşk təkcə bir bina deyil, eyni zamanda ətrafındakı üzümlüklər, bir neçə kiçik köməkçi xidmət otağı, hovuz və iki su quyusundan ibarət olan kompleks halında mövcud olmuşdur. Bu kompleks Şirvanşahların yay iqamətgahı kimi xidmət edirdi. Ölkə əhəmiyyətli memarlıq abidəsi kimi tanınan Xan Bağı Köşkü zamanla bəzi hissələrini itirsə də, öz əhəmiyyətini qoruyub. Abidə 1961-ci və 2003-cü illərdə əsaslı bərpa işlərinə cəlb olunmuşdur. Bərpa zamanı təmizləmə, dam örtüyünün və şəbəkələrin sınmış hissələrinin bərpası, ətraf ərazinin abadlaşdırılması işləri aparılmışdır.
arrow-up