Kateqoriyalar
Sırala
ID 0038751

Balaxanı qəsəbəsində yerləşən Hacı Şəhla məscidi və Şakir ağa türbəsi

XV əsrə aid olan Şakir ağa türbəsi Bakının Balaxanı kəndində yerləşir. Abidənin kitabəsində onun 1427-1428-ci illərdə Miriraxur Şakir ağa ibn-mərhum Mürtəzanın sifarişi ilə inşa edildiyi qeyd edilmişdir. Balaxanı qəbiristanlığında yerləşən Şakir ağa türbəsi planda xaçvaridir. Abşeronun daxili quruluşu xaç şəklində olan bir neçə abidəsi var. Lakin, Azərbaycanda Şakir ağa türbəsi kimi həm daxili, həm də xarici quruluşu xaç şəklində olan ikinci bir abidə yoxdur.

Digər fotolar
arrow-up