Kateqoriyalar
Sırala
ID 0069211

Maestro Niyazinin mənzil-muzeyi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filiallarından ən böyük ekspozisiya sahəsinə və eksponatların sayına malik olanı SSRİ xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin mənzil muzeyidir. Maestro Niyazi 1958-ci ildən ömrünün sonunadək bu mənzildə yaşayıb–yaratmışdır. Mənzil muzeyi 5 otaqdan ibarətdir: bunlardan 3-ü (yemək, yataq və iş otağı) memorial otaqlardır. Onlar Maestronun dövründə olduğu kimi qorunub saxlanılmışdır. Digər 2 otaq – ekspozisiya və artistik qonaq otağı məqsədilə istifadə olunur. Muzey 1994-cü il sentyabrın 18-dən fəaliyyət göstərir.

Digər fotolar
arrow-up