Kateqoriyalar
Sırala
ID 0069682

Bakıda 8 Noyabr - Zəfər Gününə hazırlıq işləri

Paytaxtın küçə və prospektlərində 8 noyabrla bağlı plakatlar asılıb, Zəfərlə bağlı şüarlar yazılıb. Binaların eyvanlarından isə Azərbaycan bayraqları asılıb. Həmçinin noyabrın 8-i saat 19:00-da Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin qarşısında geniş bayram konserti keçiriləcək. Ardınca atəşfəşanlıq təşkil olunacaq. Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Reportaj: Oxu.az

Digər fotolar
arrow-up