Kateqoriyalar
Sırala
ID 0079467

İçərişəhərdə mövcud olmuş, hal-hazırda isə qalıqları qalmış Müqəddəs Varfolomey kilsəsi

1815-ci ildə Qız Qalasının yaxınlığında Müqəddəs Varfolomeyin xatirəsinə inşa edilmiş kilsənin qalıqları bu günə qədər qorunub saxlanılır. Kilsə memar İ.V. Edelin layihəsinə əsasən rus üslubunda tikilmişdir. Rəvayətə görə, bu yerdə, Qız qalasının ətəyində, miladın 71-ci ilində Həzrət İsa Məsihin şagirdlərindən biri olan Varfolomey ölüm şərbətini içdi, məhz onun nəsihətindən sonra itaətkar həvarilər bütün ölkələrə dağıldılar. Hazırda dağıdılmış kilsənin bünövrəsi üzərində hər il iyunun 24-də səhər Bakı yeparxiyasının himayədarı olan həvari Varfolomeyin anım günündə dua mərasimi keçirilir.

Digər fotolar
arrow-up