Kateqoriyalar
Sırala
ID 0080942

54 ildir misgərlik sənəti ilə məşğul olan Şəmsəddin Soltanov

Misgər Şəmsəddin Soltanov bu sənətə 8-9 yaşları olan zaman başlayıb. 16 yaşında isə artıq o, usta olaraq fəaliyyət göstərib. Şəmsəddin usta 1970-ci ildən bu günə qədər fəaliyyət göstərir. Əslən Ağdam rayonundan olan usta hazırda ata-baba sənətini Kubinkada davam etdirir. Misgər həmçinin Bakının qala kəndində yerləşən Əntiq əşyalar muzeyində 4500 (1000 samovar, 3500 mis qab) sənət əsərini bərpa edib. Onları tullanmağa, qırılmağa qoymayıb. Lakin onun əşyaları bərpa etməyi ilə bağlı muzeydə heç bir məlumat qeyd olunmayıb. O, bu məsələ ilə bağlı gileylənib, adının qeyd olunmamasına təəssüflənib.

Digər fotolar
arrow-up